Bakıda sevgilisi ilə qaçan gənc qız 17 gündən sonra polisə gəldi - SƏBƏB
Bakı sakini 19 yaşlı A.P. (ad şərtidir) Xəzər Rayon Polis İdarəsinə müraciət edib. Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, gənc qadın 17 gün əvvəl Niyaməddin adlı şəxs tərəfindən evlənmək məqsədilə qaçırıldığını bildirib.
O, Niyaməddinlə birgə bu müddət ərzində Binə qəsəbəsində qaldıqlarını deyib. Qeyd edilib ki, Niyaməddin onu 17 gün dostunun evində saxlayıb. Gənc qadın Niyaməddinin onunla ailə quracağına inanıb.
Bir neçə gündən sonra onların arasında narazılıq başlayıb. Xəzər Rayon Polis İdarəsindən bildirilib ki, Niyaməddin gənc qadını bir neçə dəfə döyüb. Bundan sonra qadın imkan tapıb qaçmağa müvəffəq olub və polisə şikayət edib.
Hazırda Niyaməddin adlı şəxsin axtarışına başlanıb.
OXŞAR XƏBƏRLƏR
15:15
1074
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1062
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2836
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1987
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1989
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1432