Nadir quşları ovlayan iki brakonyer tutuldu
Saatlıda adı "Qırmızı Kitab"a düşən quşları ovlayan iki nəfər saxlanılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayon sakinləri Eyvaz Şamil oğlu Rəhmanov və Təhməz İsrafil oğlu Yolçuyev qanunsuz ov edərkən ifşa edilib.
Saatlı Rayon Polis Şöbəsi və 7 Saylı Ərazi Ekologiya İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı şübhəli bilinən avtomobil saxlanılıb. Həmin avtomobilə baxış keçirilən zaman orada adları "Qırmızı Kitab"a düşən 3 ədəd ovlanmış turac quşu, eləcə də avtomobildə qeydiyyat sənədləri olmayan iki ədəd ov tüfəngi aşkarlanıb. Məlum olub ki, ovçular turac quşlarını Saatlı rayonunun Bəylik kəndi ərazisində ovlayıb.
Hər iki şəxs saxlanılaraq polis şöbəsinə gətirilib. Onlar barədə cərimə sanksiyası tətbiq ediləcək.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək