Bakıda müəmmalı hadisə: nazirlik işçisi ağır xəsarət aldı
Gecə saatlarında Bakının Sabunçu rayonunda müəmmalı hadisə baş verib.
APA TV-nin məlumatına görə, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 45 ünvanında yaşayan 44 yaşlı Yeganə İsmayılova yaralı vəziyyətdə xəstəxanaya gətirilib. O, yaşadığı mənzildə yıxıldığını və qarın nahiyəsinə dəmir batdığını bildirib.
Dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanaya çatdırılan yaralı qadına qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yeganə İsmayılovanın vəziyyəti ağır olduğu üçün əməliyyat olunub. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə məlumat verilib. Polis əməkdaşları Yeganə İsmayılovanın hansı şəraitdə xəsarət aldığını araşdırır.
Qeyd edək ki, müəmmalı şəraitdə xəsarət alan Yeganə Fətəliyeva nazirliklərdən birinin əməkdaşıdır.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək