Zaqatalada maskalılar 86 yaşlı qadını döyə-döyə öldürdülər
Zaqatalada yaşayış evinə basqın olub.
APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 86 yaşlı Xanpəri Cahangir qızı Səfərovanın evinə girən maskalı şəxslər onu və həyat yoldaşını hədələyərək pul tələb ediblər. İstədikləri pulu ala bilməyən maskalılar qadını döyərək öldürüb, ərinə isə xəsarət yetirərək hadisə yerini tərk ediblər.
Hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsinə gecə saatlarında məlumat daxil olub, hadisə yerinə əməliyyat qrupu çıxıb.
Hazırda polis və prokurorluq əməkdaşları hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək