Bakı-Sumqayıt yolunda qəzada yaralanan qadının ayağı amputasiya olunub
Bakı-Sumqayıt yolundakı baş verən dəhşətli qəzada xəsarət alan Südabə Rüstəmovanın ayağı amputasiya olunub. Bu barədə APA TV-yə Sumqayıt mərkəzi şəhər xəstəxanasının baş həkimi Vaqif Qəhrəmanov deyib. Onun sözlərinə görə, ayağı amputasiya olunan qadının vəziyyəti kafi qiymətləndirilir. Digər yaralıların vəziyyəti isə keçirdikləri əməliyyata uyğundur.
Xatırladaq ki, dünən səhər saatlarında Bakı Sumqayıt yolunda “Embawood” şirkətinin əməkdaşlarını işə aparan "Ford Tranzit” markalı mikroavtobus idarəetməni itirərək dəmir maneəyə çırpılıb. Qəza nəticəsində 2 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada dünyasını dəyişib. Digər yaralılar isə Sumqayıt və Bakı xəstəxanalarına çatdırılıb, onlara müvafiq yardım göstərilib.
OXŞAR XƏBƏRLƏR
15:15
1083
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1070
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2846
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1987
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1990
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1432