Macarıstan Serbiya ilə sərhədini bağladı, 6500 qaçqın Xorvatiyaya sığındı
Macarıstanın Serbiya ilə sərhədini bağlamasından sonra hara gedəcəyini bilməyən qaçqınlar Xorvatiyaya doğru irəliləməyə başlayıblar. APA TV-nin məlumatına görə, qaçqınlar Xorvatiyanın şərqindəki Tovarnikdəki qatar stansiyasına axın edərək polis barrikadalarını dağıdıblar. Xorvat polisi qaçqınlara müdaxilə etməyə çətinlik çəkib. Ölkələrindəki müharibədən qaçanlar Almaniyaya getmək istədiklərini bildiriblər. Xorvatiya polisinin yaydığı məlumatda qeyd olunur ki, son 48 saat içində 6500 qaçqın ölkələrinə sığınıb. Xorvatiya Daxili İşlər Nazirliyi bildirib ki, bundan artıq qaçqını qəbul edə bilməyəcəklər.
OXŞAR XƏBƏRLƏR
15:15
1083
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1070
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2846
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1987
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1990
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1432