AVCİYA növbəti hesabatını açıqladı
Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının Seçki Qərargahı prezident seçkiləri ilə bağlı həyata keçirdiyi KİV-in monitorinqini və hesabatını açıqladı. Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, hesabat və monitorinq may ayından sentyabrın 9-a qədərki dövrü əhatə edir. AVCİYA 2013-cü il may-avqust aylarında prezident seçkiləri ilə bağlı 12 qəzetin monitorinqini həyata keçirib. 4 iqtidar, 4 müxalifət və 4 müstəqil olmaqla 12 qəzetin monitorinqi sübut edir ki, 4 ay ərzində ümumiyyətlə seçki xəbərləri xəbərlərin ümumi sayının 12,68%-ni təşkil edib.
APA TV -nin məluamtına görə, hesabatda qeyd edilir ki, AVCİYA seçki qərargahı tərəfindən bu günədək 25 rayonda prezident seçkiləri ilə bağlı seminar və təlimlər keçirilib. Regionlarda seçki fəallığı avqust ayından yüksələn xətt üzrə inkişaf edib. ATƏT-in İnsan Haqları Bürosu seçici siyahıları ilə bağlı iradını bildirib. Bu da əhalinin tez-tez yerdəyişməsi, miqrasiyası ilə bağlıdır.
Seçki Qərargahının rəhbəri onu da vurğuladı ki, bu il keçiriləcək Prezident seçkilərinin monitorinqini Avropa Şurasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, MDB-nin və digər beynəlxalq qurumların müşahidə missiyaları həyata keçirəcək.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib