Gədəbəydə meşəbəyi ata və oğulu meşədə döydü
Gədəbəyin Dəlikdaş meşəsində dava olub.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, rayonun Heriknaz kənd sakini, 1964-cü il təvəllüdlü Səlim Abbasov meşəyə odun toplamağa getdiyi vaxt meşə mühafizəçisi, Vilayət adlı şəxslə aralarında mübahisə olub və Səlim Abbasov döyülüb. Köməyə gələn oğlu, 1988-ci il təvəllüdlü Rüstəm Abbasova da bədən xəsarətləri yetirilib. Ata və oğul müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Onların vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:15
1152
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1139
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2915
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1989
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1992
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1434