İnternet klubda dava: yaralanan var
Bakıda internet klubunda dava olub, bir nəfər ağır xəsarət alıb. APA TV-nin məlumatına görə, gecə saatlarında 1 saylı Şəhər Kliniki Xəstəxanasına Binəqədi rayon sakini, 27 yaşlı Rasim Rafael oğlu Həsənov gətirilib. Ağır kəllə-beyin travması ilə daxil olan yaralı dərhal əməliyyat olunub. Onun vəziyyəti hələ də ağırdır.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə məlumat verilib. Müəyyən edilib ki, hadisə rayon ərazisində yerləşən 246 nömrəli məktəbin yaxınlığındakı internet klubunda baş verib. Naməlum şəxs Rasim Həsənova küt alətlə başından ağır xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:15
1152
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1139
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2915
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1989
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1992
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1434