Bakıda tanınmış cibgir həbs olundu
Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxtda yerləşən ticarət mərkəzlərində və ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan 1958-ci il təvəllüdlü Abbasağa İzətullayev müəyyən olunaraq tutulub. Şübhəli şəxsin üzərindən 0,744 qram tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı A. İzətullayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
DİN-dən bildiriblər ki, A. İzətullayevin cinayət əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” zəng mərkəzinə və ya Bakı şəhər BPİ-nə müraciət edə bilərlər.
OXŞAR XƏBƏRLƏR
15:15
1152
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1139
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2915
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1989
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1992
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1434