Bakıda güclü külək əsəcək, leysan gözlənilir - HAVA PROQNOZU
Sentyabrın 17-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 20-22, gündüz 24-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 17-də şimşək çaxacaq, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 24-28, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
15:15
1170
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1160
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2932
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1991
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1994
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1437