Kəmaləddin Heydərov Qax və Zaqatalada yeni məktəblərin açılışına qatılıb
Fövqaladə hallar naziri Kəmaləddin Heydərov ötən ilin mayında şimal-qərb bölgəsində baş verən zəlzələ zamanı qəzalı vəziyyətə düşən və yenidən tikilən məktəblərin açılış mərasimlərinə qatılıb. APA TV xəbər verir ki, Qax rayonun Güllük kəndində qəzalı vəziyyətə düşən M.Ə. Sabir adına məktəbin yerində FHN-nin sifarişi əsasında inşa edilən yeni məktəb binası 300 şagird yerlikdir. Üç mərtəbəli təhsil ocağında 16 sinif otağı, 4 labaratoriya, 2 əmək təlimi sinifi və emalatxana, 2 kompüter otağı eləcə də idman və akt zalları var. Məktəb internetə qoşulub və nəzarət sistemləri ilə təmin olunub.
Daha sonra Kəmaləddin Heydərov Zaqatala rayonunun Suvagil kənd Mina Nəzirova adına 1 saylı tam orta məktəbin açılışına qatılıb. Məktəbdə 29 sinif otağı, 2 emalatxana, 3 labaratoriya, bir kompüter otağı, bifet, həkim otağı, akt və idman zalları var.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib