Sabirabadda ağır qəza: polis mayoru ailəsinin gözü önündə öldü
Sabirabadda polis mayoru avtomobil qəzasında ölüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının 29-cu kilometrliyində, Sabirabad rayonunun Xəlfəli kəndi ərazisində baş verib.
Siyəzən polis şöbəsinin istintaq bölməsinin rəisi, İmişli rayon sakini, 1961-ci il təvəllüdlü Məmiyev Əlibaxış Məhəmməd oğlu ona məxsus "Opel Omega" avtomobili ilə qəzaya düşüb. Əlibaxış Məmiyev aldığı kəllə-beyin travmasından hadisə yerində ölüb. Hadisə zamanı avtomobildə olan ailə üzvləri xəsarət almayıb.
Xatıradaq ki, Əlibaxış Məmiyev əvvəllər Şirvan, Salyan və sonuncu dəfə Siyəzən polis şöbələrinin istintaq bölməsinin rəisi vəzifələrində çalışıb.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:15
1182
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1173
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2944
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1993
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1998
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1440