Almanlar Kəbədə: aşan kran Almaniya istehsalı olub
Almaniyanın "Liebherr" tikinti şirkəti Məkkədə qaldırıcı kranın aşmasının səbəblərini aydınlaşdırmaq üçün hadisə yerinə mütəxəssis göndərib. APA TV-nin məlumatına görə, o, Məkkədəki digər ekspertlərlə birlikdə qəzanın təfərrüatını üzə çıxarmağa çalışacaq. Bunun üçün bir neçə həftəyə ehtiyac var.
LR-11350 tipli qaldırıcı kran Almaniyanın Ehingen şəhərində istehsal olunur. O, 350 tonadək yüklərin qaldırılması üçün nəzərdə tutulub.
"Liebherr" şirkətindən bildirilib ki, bu model 2006-cı ildən istehsal olunur və cəmi 30 ədəd hazırlanıb. İndiyədək bu kranlarla bağlı 3 qəza qeydə alınıb. Lakin şirkət iddia edir ki, qəzalardan heç birində texniki səbəb olmayıb.
Xatırladaq ki, Məkkədə qaldırıcı kranın aşması nəticəsində 107 nəfər ölüb, 238 zəvvar yaralanıb.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək