Balakəndə 53 yaşlı kişi çəndən yıxılıb öldü
Balakəndə 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Balakən Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, rayonun Qullar kənd sakini, 1962-ci il təvəllüdlü Fərhad Əhməd oğlu Əhmədov yaşadığı evdə 6-7 metr hündürlüyündə olan su çənində təmir işləri apararkən ehtiyatsızlıqdan yıxılıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Fərhad Əhmədov Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
Xəstəxanadan APA TV-yə verilən məlumata görə, ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin çoxsaylı sınığı diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Fərhad Əhmədov aldığı xəsarətlərdən sentyabrın 13-dən 14-ə keçən gecə orada ölüb.
Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:15
1253
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1244
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3012
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1997
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2002
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1443