Tovuzda "Ford" betonlara dəyib parçalandı
Tovuzda ağır yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Tovuzdan Qazax istiqamətinə hərəkət edən "Ford" markalı sərnişin mikroavtobusunun sürücüsü, Ağstafa rayon sakini Cəmil Həsənov rayonun Düz Cırdaxan kəndi ərazisində dönmə əməliyyatını yerinə yetirə bilməyib və nəticədə avtomobili yolun kənarındakı betonlara çırpıb.
Güclü zərbənin təsirindən "Ford" bir neçə yerə parçalanıb və maşının hissələri ətrafa dağılıb. Hadisə zamanı mikroavtobusda sərnişin olmadığından, yalnız sürücü ağır xəsarət alıb.
Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Cəmil Həsənovu hadisə yerinə çağırılan yanğınsöndürən-xilasedicilər çıxarıblar. Yaralı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək