Azərbaycanda professorun iki oğlu beynəlxalq axtarışa verildi
Azərbaycanın tanınmış professorunun iki oğlu beynəlxalq axtarışa verilib.
APA TV-nin İnterpolun saytına istinadən verdiyi məlumata görə, 38 yaşlı Eldar Azakov və onun qardaşı 35 yaşlı Fərid Azakov mənimsəmə cinayətində iştirakda təqsirləndirilirlər.
Azərbaycan hüquq-mühafizə orqanları Eldar və Fəriz Azakov qardaşları ölkədən qaçdığı üçün onların barəsində dövlətlərarası axtarış elan edib və saxlanılmaları üçün İnterpola müraciət olunub.
APA-nın əldə etdiyi məlumata görə, axtarışa verilən qardaşlar Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi" kafedrasının professoru Siyavuş Azakovun övladlarıdır.
Professor Siyavuş Azakov övladlarının axtarışda olması xəbərini APA-ya təsdiqləyib. O, axtarışda olan övladlarının hazırda Amerikada yaşadıqlarını qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı