Bakıda dava: iki əmioğlu bıçaqlandı
Ötən gecə Bakıda bir qrup gənc arasında dava olub. APA TV-nin məlumatına görə, hadisə Ağa Neymətulla və Arif Heydərov küçələrinin kəsişməsində qeydə alınıb. Biləsuvar rayon sakinləri 25 yaşlı Sabir Heydərovla, əmisi oğlu 19 yaşlı Abdulla Süleymanovun tanışları ilə mübahisəsi düşüb. Mübahisə zamanı naməlum şəxs və ya şəxslər iki əmi oğlunu bıçaqlayıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, Sabir Heydərov sağrı, Abdulla Süleymanov isə qarın nahiyəsindən bıçaqlanıb. Faktla əlaqədar Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışları davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
16:32
173
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1268
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1260
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3014
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2000
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2007