Daha bir əsgərimizi itirdik
Azərbaycan Ordusu daha bir əsgərini itirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə bu gün səhər Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Əsgərli Anar Dağıstan oğlu tabeliyində olan silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
APA TV xəbər verir ki, ölən əsgər facebook sosial şəbəkəsində mütamadi olaraq şəkillərini, o cümlədən hərbi xidmətdə olduğu müddətdə çəkdirdiyi fotoları paylaşıb. Anar Əsgərli profil şəkilini ölümündən bir neçə saat əvvəl dəyişdirib.
Fakt üzrə cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:39
826
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
18:34
778
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
18:33
761
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
19:44
1016
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
1044
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1286