Azərbaycandan ilk zəvvar qrupları Həccə getdi
Azərbaycandan Həcc ziyarətinə zəvvarların ilk qrupları yola düşüb. APA TV-nin xəbərinə görə, mərhələ ilə keçiriləcək səfərlər sentyabrın 15-ə kimi davam edəcək.
Qafqaz Müsəlmanları İdarəsinin işlər müdiri Hacı Həmdulla Babayev bildirib ki, bu gün artıq müqəddəs Həcc missiyası başlanır: "Ayın 11-dən mütəmadi olaraq ayın 15-ə kimi Mədinə şəhərinə gediş başlanır, sentyabrın 29-da isə geri dönmə. Hacılarımız tam məlumatlandırılıb, onlara kurslar keçirilib. Demək olar ki, bütün sahədə həkim briqadaları ilə təmin olunub. İnşallah, sağ-salamat gedib xalqımıza, elimizə, ölkəmizə dua edib sağ-salamat qayıdacaqlar".
Zəvvarlar 50 qrupa bölünüblər və hər qrup 45-50 zəvvardan ibarətdir. Uçuşlar qruplar üzrə olacaq. Təbii ki, Həccə ilk dəfə gedənlər çox həyəcanlı görünürdülər.
- Məşhəddə, Kərbəlada olmuşam. Həcc ziyarətinə ilk dəfədir gedirəm. Getməyənlərə nəsib olsun. Həyəcanlıyam.
- Birinci dəfədir. Getməyənlərə qismət olsun. Dostlarım da yola salmağa gəlib. Gedənlər var, getməyənlərə qismət olsun.
- Gözəl bir məkandır, Adəm Peyğəmbər üçün tikilmiş ibadət yeridir. Müqəddəs bir torpaqdır. Ölkəmizə əmin-amanlıq arzu edəcəyik. Duamız ilk o olacaq.
- Mən 7-ci dəfədir gedirəm. Bütün müsəlmanlara nəsib olsun!
Qeyd edək ki, bu il Azərbaycandan 2400 zəvvar Həcc ziyarətinə gedəcək. Heydər Əliyev Beynəlxalq Aeroportundan ilkin olaraq 4 qrupdan ibarət bir təyyarə havaya qalxıb. Gün ərzində daha 3 reysin uçması planlaşdırılır. Uçuşların ilk və son günündə yalnız "VİP zəvvarlar" üçün ayrılmış təyyarələr uçacaq.
OXŞAR XƏBƏRLƏR
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı