Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurdu
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində 10 saylı orta məktəbin yaxınlığında qeydə alınıb. Bərdə rayon sakini, 1976-cı il təvəllüdlü Elnur İbişov yolu keçmək istəyərkən “Lada Priora” markalı avtomobil tərəfindən vurulub. Yaralı dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:32
243
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1297
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1288
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3019
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2005
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2012