Suraxanıda 47 yaşlı rayon sakini bıçaqlandı
Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Əmircan qəsəbəsində qeydə alınıb. Sabir küçəsində yaşayan 47 yaşlı Etibar Zabit oğlu Aydınbəyov təcili tibbi yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Müayinə zamanı həkimlər yaralının qarın nahiyəsində iki bıçaq xəsarəti aşkarlayıblar. Hadisə barədə polisə məlumat verilib. Yaralı Etibar Aydınbəyov bir gün əvvəl tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirib. Hazırda Suraxanı polisi yaralının verdiyi ifadənin düzgünlüyünü və hadisənin kim tərəfindən törədilməsini araşdırır.
Faktla əlaqədar cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
16:32
243
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1297
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1288
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3019
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2005
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2012