Naxçıvan MTN-nin sabiq əməkdaşı barədə məlumatlar İnterpolun saytında
Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşının beynəlxalq axtarışa verilməsi barədə məlumatlar İnterpolun saytında yerləşdirilib.
APA TV xəbər verir ki, Naxçıvan sakini, 21 yaşlı İbrahim Musayev dələduzluqda təqsirli bilinir. Azərbaycan məhkəməsi onun axtarışa verilməsi ilə bağlı qərar çıxarıb və tutulması üçün İnterpola müraciət olunub.
İ. Musayev İran lehinə casusluqda ittiham olunub, sonradan Naxçıvan MTN həbsxanasında dünyasını dəyişən Turac Zeynalovun həyat yoldaşını qətlə yetirmək barədə tapşırıq aldığını, lakin bu tapşırığı yerinə yetirilməkdən imtina etdiyini bildirib.
Naxçıvan MTN isə bəyanat yayaraq, İ. Musayevlə heç bir əlaqəsi olmadığını qeyd edərək onun dələduz və fərarı olduğunu açıqlayıb. Naxçıvan MTN-in açıqlamasında T. Zeynalovun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir. 2012-ci ilin sentyabrında İ. Musayev həyat yoldaşı ilə Rusiyaya gedərək, bu ölkədə qaçqın statusunu almağa cəhd göstərib. Lakin Rusiya müvafiq orqanları onun Azərbaycan tərəfindən axtarışa verildiyi əsas gətirərək, müraciəti rədd edib.
Bir neçə gün əvvəl isə Rusiyanın Yaroslavl vilayət məhkəməsi İbrahim Musayev barədə qərar çıxarıb. Məhkəmə adı çəkilən şəxsin Azərbaycana ekstradisiyasına qərar verib.
Məhkəmənin qərarından apellyasiya şikayəti verilib.
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
Asif Əsgərov TƏLTİF EDİLDİ
Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Noyabrın 23-nə gözlənilən hava şəraiti açıqlanıb
“Qulağım eşidə-eşidə “bu nə əclaf adamdır!” dedilər” – Nurəddin Mehdixanlı