Fırtına Yaponiya şəhərlərini yerlə yeksan edir - GÖRÜNTÜ
Yaponiyada “Kilo” siklonu təbii fəlakətə səbəb olub. APA TV-nin məlumatına görə, Minamiaidzu şəhərində 850 nəfərin ətraf aləmlə əlaqəsi tam kəsilib.
Fukusima prefekturasında sel suları magistral yolları yuyub aparıb. Bölgədə nəqliyyatın hərəkəti tam məhdudlaşıb. Xonsyü və Hokkaydo adaları istiqamətində hərəkət edən küləyin sürəti saniyədə 25 metrdir. Bu sürət bəzən saniyədə 35 metrə çatır. Siklonun adalara tərəf saatda 25 kilometr sürətlə hərəkət etdiyi bildirilir. Siklon axşam saatlarında Kuril adalarına çatacaq.
Yaponiya hökuməti böhran qərargahı yaradıb. qərargahın əsas vəzifəsi təbii fəlakətin nəticələri barədə məlumat toplamaqdır.
OXŞAR XƏBƏRLƏR
16:32
243
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1297
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1288
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3019
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2005
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2012