Yay qayıdır: temperatur yüksələcək
Sentyabrın 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 30-34 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı rayonlarda duman olacaq, şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 32-37 dərəcə, dağlıq rayonlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
16:32
274
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1302
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1294
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3019
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2005
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2012