Bakıda 22 yaşlı gənci parkda bıçaqladılar
Bakıda 22 yaşlı gənc bıçaqlanıb. APA TV-nin məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Heydər Əliyev parkında 22 yaşlı Fərhad Poladovla tanışı arasında mübahisə düşüb. Mübahisə zamanı tanışı üzərində gəzdirdiyi bıçaqla Fərhada ayağından bir zərbə endirib. Daha sonra o, tanışını yaralı vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb. Yaralı təcili yardım vasitəsi ilə xəstəxanaya çatdırılıb. 3 saylı şəhər kliniki xəstəxanasından APA TV-yə verilən məlumata görə, yaralının həyatı üçün təhlükə yoxdur.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:32
346
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1349
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1339
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3019
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2005
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2013