Prezident: "Həkimlərin peşəkarlığı, bilikləri artmalıdır"
"Azərbaycanda artıq səhiyyə sahəsində ən yüksək səviyyədə işlər görülür". Bunu Azərbaycan prezidenti İlham Əliyev Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılış mərasimində universitetin müəllim-tələbə kollektivi ilə görüşündə deyib.
Prezident qeyd edib ki, bu Klinikanın yaradılmasında məqsəd elm ocağında tədris prosesini daha yüksək səviyyəyə qaldırmaq və bütün cərrahiyyə yönümlü kafedraları bir yerə yığmaqdır.
Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov dövlət başçısına klinika barədə məlumat verərək bildirib ki, ümumi ərazisi 45 min kvadratmetr olan klinikanın binası orijinal memarlıq üslubunda inşa edilib. On üç mərtəbəli binanın həyətində geniş abadlıq işləri görülüb. Bununla yanaşı klinikada cərrahi və diaqnostik istiqamətlərdə 18 kafedra, 20 şöbə fəaliyyət göstərir. İl ərzində burada 2 min 800 tələbənin, 400-dən çox rezidentin, 20-dən artıq doktorantın cərrahi ixtisaslı fənlər üzrə təhsili ilə 40 professor, 80 dosent, 120 tibb üzrə fəlsəfə doktoru məşğul olacaq.
Ölkə başçısı tibbi xidmətin səviyyəsinin artırılmalı olduğunu, təcrübəli professor-müəllim heyətinin biliklərinin gənc nəsil tərəfindən mənimsənilməsinin vacibliyini qeyd edib. Prezident eyni zamanda gənc mütəxəssislərin dünyada səhiyyə sahəsindəki yeniliklərlə mütəmadi tanış olmasının zəruriliyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib