Şirvan şəhərində yanğın hadisəsi baş verib
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri, Çilpaqlı qəsəbəsində qeydə alınıb.
1977-ci il təvəllüdlü Elnarə Əlihüseyn qızı Qarayevaya məxsus ümumi sahəsi 280 kvadratmetr olan, ikimərtəbəli 6 otaqlı evin birinci mərtəbəsində 3 otağın, mətbəxin və dəhlizin yanar konstruksiyaları 140 kv. m sahədə, ikinci mərtəbədə bir otağın yanar konstruksiyaları 60 kv. m sahədə yanıb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə xidmətinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:32
344
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1349
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1339
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3019
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2005
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2013