Əsəd müxalifəti "çəllək bombası" ilə bombaladı
Suriya ordusu müxalif qüvvələrinin mövqelərinə artilleriya və hava zərbələri endirib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, əsas hədəf bu dəfə İdlib vilayətinin Erix şəhərində möhkəmlənən silahlı qruplaşmalar olub. Əsəd ordusu onlara qarşı "çəllək bombaları"ndan istifadə edib. Nəticədə 6 nəfər ölüb, onlarla yaralı var.
Bu arada İraq hökuməti İŞİD-ə qarşı ABŞ-dan alınan "F-16"lardan istifadə etməklə ilk antiterror əməliyyatını həyata keçirdiklərini açıqlayıblar.
"Bu əməliyyatlarda "F-16"ların iştirakı İŞİD-lə mübarizədə öz sözünü deyəcək. Təyyarələrin köməkliyi ilə biz terrorçuların ələ keçirdiyi bölgələri və gizləndikləri nöqtələri məhv edəcəyik" deyə İraqın müdafiə naziri Xalid al-Ubeydi bildirib.
Müdafiə naziri bu bəyanatı səsləndirdiyi mətbuat konfransından çıxdıqdan sonra ordu birliklərinə baş çəkməyə gedib. Onun korteji Salah-əd-Din bölgəsində Bəyci və Tikrit şəhərləri arasında atəşə tutulub. Nazir sağ-salamat olsa da onun mühafizəçilərindən biri ağır yaralanıb.
OXŞAR XƏBƏRLƏR
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı