BMW mikroavtobusla toqquşdu: ağır yaralı var
Bakı-Qazax-Gürcüstan magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yeli bürosunun xəbərinə görə, qəza yolun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. BMW markalı avtomobil Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən “Mercedes Sprinter” markalı mikroavtobusa arxadan çırpılıb. Nəticədə BMW-də olan sərnişin Bağır Bağırov xəsarət alıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Qəzanın hansı səbəbdən baş verdiyi aparılmış avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
16:32
383
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1375
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1366
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3021
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2007
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2015