Bərdədə dövlət idarəsi yandı
“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə filialının binasında yanğın baş verib. APA TV-nin məlumatına görə, dördmərtəbəli binanın ikinci mərtəbəsindəki otaqların birindən tüstü çıxdığını görən vətəndaşlar binanın mühafizəçilərinə məlumat veriblər. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə xidmətinin Bərdə rayon şöbəsinə məlumat verilib. Alov digər otaqlara və mərtəbəyə keçmədən söndürülüb.
“Azərpoçt” MMC-dən APA TV-yə verilən məlumata görə, yanğın zamanı otaqlarda olan texniki avadanlıqlara zərər dəyməyib. İlkin ehtimala görə, yanğına binanın ətrafındakı işıqlandırma sisteminin elektrik kabellərdən birində baş verən qısaqapanma səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:32
383
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1375
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1366
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3021
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2007
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2015