Sabah Bakıda 36 dərəcə isti olacaq
Sentyabrın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 31-36 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun 25-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq, lakin axşam və gecə dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var.
Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38 dərəcə, dağlıq rayonlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı