Kürdəmir sakinlərindən narkotik götürüldü
Kürdəmir rayon sakinindən narkotik maddə götürülüb. APA TV-nin yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayonun Şahsevər kənd sakini, 37 yaşlı Usubov Qalib Babaqayıb oğlu saxlanılıb.
Onun üzərinə baxış keçirilərkən çəkisi 6 qram olan narkotik maddə götürülüb. İlkin dindirmə zamanı saxlanılan şəxs narkotik vasitəni tanışı, 53 yaşlı Şıxəliyev Qalib Daşdəmir oğlundan aldığını bildirib. Qalib Şıxəliyevin yaşadığı ünvana baxış keçirilərkən oradan 48 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:32
402
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1390
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1381
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3023
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2010
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2017