Bakıda qadının evinə maskalı basqın: cinayətkarlar tutuldu
Bakıda quldurluq etmiş şəxslər tutulub.
APA TV-nin Lent.az-a istinadən xəbərinə görə, Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki, sentyabrın 1-də saat 12:20 radələrində naməlum şəxslər H.Z.Tağıyev küçəsində yeni yaşayış sahəsində yaşayan 1946-cı il təvəllüdlü Nelli Seyfullayevanın evinə maskalanaraq açıq qapıdan daxil olublar. Onlar qadının əl-qolunu bağlayıb 1000 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talayıblar.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Xəzər Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Sabirabad rayon sakini, 1983-cü il təvəllüdlü İlham Zakir oğlu Abbasov, Abşeron rayon sakini, 1986-cı il təvəllüdlü Əli Xanəli oğlu Quliyev və Lənkəran rayon sakini, 1985-ci il təvəllüdlü Teyyub Əhmədulla oğlu Teymurov tutulub.
Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı