Milli komandamız Maltadan 1 xalla qayıtdı - QOLLAR
Milli komandamız Avro-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. APA TV-nin məlumatına görə, millimiz səfərdə Malta ilə qarşılaşıb.
Oyunda hesabı millimiz açıb. Rahid Əmirquliyev 37-ci dəqiqədə topu rəqib qapısına göndərib.
Maltadan bərabərlik qolu 55-ci dəqiqədə gəlib. Qolun müəllifi Mifsud olub. Oyunun 72-ci dəqiqəsində Malta yığması hesabda irəli keçib. Efyonq komandasının ikinci qolunu vurub. 9 dəqiqə sonra millimiz hesabı bərabərləşdirə bilib. 80-ci dəqiqədə Rahid Əmirquliyev özünün və yığmamızın ikinci qolunu vurub.
4 qolun vurulduğu oyunda komandalar hərəyə bir xalla kifayətləniblər.
OXŞAR XƏBƏRLƏR
16:32
402
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1390
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1381
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3023
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2010
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2017