Dünyanın ən balaca adamı öldü
Ötən gün Amerika Samoasında yaşayan dünyanın ən kiçik boylu insanı Çandra Bahadur Danqi dünyasını dəyişib.
APA TV-nin məlumatına görə, Nepal əsilli Çandra Bahadur Danqinin adı dünyanın ən balaca boylu adamı kimi Ginnesin Rekordlar Kitabına düşüb. Onun boyu 54,6 sm olub.
O, 76 yaşında ölüb. Bir həftə öncə Çandra Bahadur pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, o, həmçinin indiyə kimi qeydə alınmış ən balacaboy insan kimi də Ginnes Rekordları tituluna sahibdir. Bu titulları o, 2012-ci il 26 fevral tarixindəki yoxlamalardan sonra əldə edib.
OXŞAR XƏBƏRLƏR
16:32
415
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1403
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1393
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3025
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2013
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2019