Macarıstanda miqrantlar polislə toqquşdu: 1 ölü
Macarıstanın Biçke şəhərindəki vağzalda dəmir yoluna enən miqrantlar Avstriyaya doğru irəliləyir.
APA TV-nin xəbərinə görə, macar polisi təxminən 15 kilometr yolu piyada qət edən 350-yə yaxın miqrantı ilk stansiyada saxlaya bilməyib.
Macarıstan mətbuatının məlumatına görə, qatardan qaçmaq istəyən 51 yaşlı pakistanlı ölüb. Polisdən bildirilib ki, təcili tibbi yardım briqadası 50 dəqiqə ərzində səy göstərsə də, pakistanlı miqrantın həyatını xilas edə bilməyib. Miqrantlar isə iddia edirlər ki, o, polis zorakılığı nəticəsində ölüb.
Qeyd edək ki, Macarıstanın dəmir yolları şirkəti Qərbi Avropaya qatar reyslərini qeyri-müəyyən müddətə dayandırıb.
OXŞAR XƏBƏRLƏR
16:32
415
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1403
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1393
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3025
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2013
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2019