Ağdaşda zəlzələ zamanı iki qadın özünü ikinci mərtəbədən atdı
Ağdaş rayonunda zəlzələ zamanı iki qadın özünü binadan aşağı atıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, iki nəfər özünü yaşadığı evin ikinci mərtəbəsindən atıb, bir nəfər isə qaçarkən pilləkəndən yıxılaraq xəsarət alıb.
Ağdaş Mərkəzi rayon Xəstəxanasının qəbul şöbəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, Ağdaş şəhərinin Müşfiq İsayev küçəsindəki 45 saylı evdə yaşayan, 1986-cı il təvəllüdlü Vəfa Fazil qızı İsmayılova və Ərəbocağı kənd sakini, 1953-cü il təvəllüdlü Səkinə Əmirqulu qızı Hüseynova zəlzələ zamanı qorxu və həyəcandan özünü yaşadığı evin ikinci mərtəbəsindən ataraq ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR
16:32
415
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1403
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1393
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3025
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2013
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2019