Fiziki qüsurluların "Şərq nağılı" festivalı
Milli Məclisdə “Şərq nağılı” fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə konfrans keçirilib. APA TV xəbər verir ki, millət vəkili Hadı Rəcəbli əlillərlə bağlı Azərbaycanda xeyli işin görüldüyünü bildirib. O qeyd edib ki, ölkəmizdə Parolimpiya idman növü geniş vüsət alıb, Sumqayıtda bununla bağlı geniş idman kompleksi açılıb.
Moskva şəhər dumasının sədr müavini Oleq Smolin isə qeyd edib ki, keçən il Rusiya əlillərlə bağlı konvensiyanı ratifikasiya edib. Onun sözlərinə görə, Rusiya Dumasında 9 əlil deputat var ki, onlardan 4-ü əlil arabasındadır . Parlamentdə onlar üçün hər cür şərait yaradılıb.
Daha sonra gənclər və diman nazirliyinin müavini İntiqam Babayev bildirib ki, hər il gənclərlə bağlı nazirlik tərəfindən düşərgələr təşkil edilir. İntiqam Babayev qeyd edib ki, “Şərq nağılı” festivalına 10 ölkənin 200 nümayəndəsi iştirak edir. Konfransda əlil insanların fəaliyyəti ilə bağlı yeni imkanlar, onların hüquqlarının qorunması ilə bağlı yeniliklər və sair məsələlər müzakirə olunub.
Tədbirdə Dünya Əlillər Cəmiyyətinin vitse-prezidenti Necdet Öztürk, Rusiya Dövlət Dumasının Elm və təhsil komitəsinin sədr müavini Oleq Smolin, Azərbaycan Ombudsmanı Elmira Süleymanova, azərbaycanlı millət vəkilləri və QHT nümayəndələri iştirak edib.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib