Bir əsgərimizi itirdik
Azərbaycan Silahlı Qüvvələri daha bir hərbçisini itirib.
APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdab rayonundan hərbi xidmətə çağırılmış əsgər Samir Dadaş oğlu Orucov sentyabrın 3-də silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb.
Yaralı əsgərə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, o, hərbi tibb müəssisəsinə aparılarkən yolda keçinib.
Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.
Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR
16:32
415
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1403
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1393
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3025
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2013
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2019