Bakıda 34, rayonlarda 37 dərəcə isti olacaq
Sentyabrın 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı, şimal-qərb küləyi əsəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Yarımadada havanın temperaturu gecə 19-23, gündüz 30-35 dərəcə isti olacaq. Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti gözlənilir.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı