Xəzərin statusu gələn Moskvada müzakirə olunacaq
Gələn ilin birinci yarısında Xəzərin hüquqi statusu ilə bağlı sahil ölkələri xarici işlər nazirlərinin görüşü gözlənilir. APA TV xəbər verir ki, bu fikirləri Qazaxıstan xarici işlər nazirinin müavini Kayrat Sarıbay Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun Bakıda keçirilmiş 33-cü iclasını şərh edərkən dedi. Onun sözlərinə görə, görüş Rusiyada keçiriləcək.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov da 33-cü işçi görüşünün 2014-cü ildə Rusiyada keçiriləcək sammitə həsr olunduğunu dedi. Onun sözlərinə görə, sammitin keçirilməsi üçün müəyyən tədbirlər təklif şəklində Rusiya tərəfindən irəli sürülüb və bu təkliflər Xəzəryanı ölkə nümayəndələri tərəfindən bəyənilib. Nazir müavinin sözlərinə görə, dünən və bu gün Bakıda keçirilən işçi qrupunun görüşündə bir çox müddəa üzərində ümumiləşdirmələr aparılıb, irəliləyişlər olub. O, Xəzərin dibinin bölünməsi ilə bağlı danışıqların ikitərəfli şəkildə getdiyini və müəyyən ölkələr arasında razılıqların əldə olunduğunu bildirdi.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"