Ermənilər Tovuzun kəndlərini atəşə tutdu: bir nəfər yaralandı, iki ev yandı
Ermənilər Tovuzun sərhəd kəndlərini atəşə tutublar.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərini yandırıcı güllələrdən intensiv atəşə tutub.
Nəticədə Əlibəyli kəndində Tarıyel İsmayılov və Mayıl Ağacanova məxsus evlər yanıb. Əraziyə Tovuz rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilib.
Erməni silahlı bölmələrinin acdığı atəş nəticəsində 1952-ci il təvəllüdlü Tofiq Kazımov qarın boşluğundan güllə yarası alıb. O, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Əməliyyat edilən kənd sakininin vəziyyətinin orta ağır olduğu bildirilir.
Azərbaycan Silahlı Qüvvələri düşməni cavab atəşi ilə susdurub.
OXŞAR XƏBƏRLƏR
16:32
464
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1452
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1441
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3027
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2015
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2021