Bakıda piyada zolaqlarının rənglənməsinə başlandı
Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə mövcud və rəngi solmuş piyada zolaqlarının yenidən rənglənməsi işlərinə start verib.
ASC-dən APA TV-yə verilən məlumata görə, rənglənmə işləri əsasən təhsil müəssisələrinin qarşısında və ətrafında olan yollarda həyata keçirilir.
Rənglənmə işləri ilə paralel olaraq vacib olan yerlərdə yeni piyada zolaqlarının çəkilişi işləri də aparılır. Bununla əlaqədar olaraq eyni anda paytaxtın bir neçə ünvanında bu işlər həyata keçirilir. İşlər yeni tədris ilinin başlamasına qədər yekunlaşdırılacaq. Bundan sonra digər ərazilərdə də analoji işlərin aparılması nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı