Zaqatalada avtomobil motosikletlə toqquşdu: 2 yaralı
Zaqatala rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə sentyabrın 1-i axşam saat 23 radələrində Zaqatala-Muğanlı avtomobil yolunda baş verib.
“Lada Priora” markalı, 90 RJ 260 dövlət nömrə nişanlı avtomobil dönmə əməliyyatı yerinə yetirərkən yanından keçən motosikletlə toqquşub. Hadisə nəticəsində motosikletdə olan sərnişin, rayonun Muxax kənd sakini - 1969-cu il təvəllüdlü Müslüm Mahmud oğlu Mahmudov və rayonun Yuxarı Tala kənd sakini, 1976-cı il təvəllüdlü Nadir Bəxtiyar oğlu Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
Zaqatala MRX-dan verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralılardan Nadir Abdullayevin xəsarəti yüngül olduğundan, ona xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Digər yaralı Müslüm Mahmudovun vəziyyəti ağır olduğundan, ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı