İrəvanda ara qarışdı: yaralananlar və saxlanılanlar var
İrəvanın mərkəzindəki Baqramyan meydanında “Soyğunçuluğa yox” hərəkatının tərəfdarları elektrik enerjisi tariflərinin artırılmasına qarşı etiraz aksiyası keçirib.
APA TV-nin “NEWS.am”-a istinadən verdiyi xəbərə görə, etirazçılar prezident sarayı qarşısında toplaşaraq dövlət başçısı Serj Sarkisyan ilə görüşün keçirilməsini tələb ediblər.
Məlumata görə, etirazçılar prezident sarayına yaxınlaşmağa cəhd etdikdə, polis əməkdaşları icazəsiz aksiyanı dağıtmağa çalışıb, nəticədə qarşıdurma baş verib. Toqquşmalar zamanı bir neçə etirazçı xəsarət alıb. Daha bir neçə etirazçının saxlanıldığı bildirilir.
Hazırda meydanda gərginlik qalmaqdadır. Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib.
OXŞAR XƏBƏRLƏR
16:32
512
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1490
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1479
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3030
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2018
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2024