Tovuzda bir gecədə 3 mağaza yarıldı
Tovuzda bir gecədə üç mağazadan oğurluq edilib.
APA TV-nin qərb bürosunun məlumatına görə, rayon sakini Kamil Abdullayev səhər saatlarında sahibi olduğu mağazaya gələrkən qapının açıq olduğunu və ətrafda iri dəmir parçası görüb.
Məlum olub ki, gecə saatlarında naməlum şəxs və ya şəxslər Kamil Abdullayevin marketinin qapısını dəmir alətlərlə sındıraraq oradan 200 manat götürərək gediblər.
Ötən gecə rayon ərazisində daha iki mağazanı yaran oğrular oradan da müxtəlif məbləğdə pul aparıblar. Mağazalardan birində yerləşdirilən bankomatı yarmaq istəyən oğruların planları baş tutmayıb. Oğurluq baş verən mağazaların hər birində müşahidə kameraları hadisələri lentə alıb.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:32
512
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1490
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1479
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3030
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2018
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2024