Göygöldə 22 yaşlı piyadanı maşın vurdu
Göygöldə 22 yaşlı piyadanı maşın vurub.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Göygöl şəhərinin Nizami küçəsində qeydə alınıb.
Həmin küçədə yaşayan 1993-cü il təvəllüdlü Nazir Zeynalov yolu keçmək istəyərkən Məhərrəm adlı rayon sakininin idarə etdiyi “QAZel” markalı yük avtomobili tərəfindən vurulub. Yaralı hər iki ayağın sınığı xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:32
512
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1490
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1479
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3030
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2018
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2024