Sabah Azərbaycanda 35 dərəcə isti olacaq
Sentyabrın 2-də Bakı və Abşeron yarımadasındahava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 26-31 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, axşam və gecə dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 17-22, gündüz 30-35 dərəcə, dağlıq rayonlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
16:32
512
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1490
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1479
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3030
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2018
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2024