Bakıda avtobus marşrutlarının dəyişdirilməsi təxirə salındı
1 saylı marşrut avtobusunun fəaliyyətə başlama vaxtı texniki səbəblərdən 1 həftə müddətinə uzadılır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA TV-yə verilən məlumata görə, bu barədə “Baku Bus” MMC-dən bildirilib.
Belə ki, 1 saylı marşrut avtobusu bu gündən deyil, təqribən 6-7 gün sonra fəaliyyətə başlayacaq. Bu səbəbdən hələlik digər - 11, 8, 136 və 184 saylı marşrut xətlərində dəyişikliklər də 1 saylı marşrut avtobusu fəaliyyətə başladığı gündən tətbiq olunacaq.
Qeyd edək ki, bu müddətin uzadılması ləğv olunan 100 və 132 saylı marşrut avtobuslarına aid deyil. 100 saylı marşrut xətti bu gündən ləğv edilərək, 136 saylı marşrut daşıyıcısının xidmətinə verilib.
OXŞAR XƏBƏRLƏR
16:32
527
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
1501
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1490
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
3032
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
2020
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
2026